25-11-2014 [17:12]
Mia.az "Media forum”a istinadən xəbər verir ki, bununla bağlı təklif yeni hazırlanan "Reklam haqqında” qanun layihəsində əks olunub. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü olan deputatlar Vahid Əhmədov və Əli Məsimlinin hazırladığı qanun layihəsinin 20.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində televiziya və radio proqramında (verilişində) reklam yayımlanması qadağandır.
Layihənin 20.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikasının baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin çıxışlarının, Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının, rəsmi dövlət tədbirlərinin yayımlanması zamanı, dövlət orqanlarının fəaliyyəti barədə proqramda (verilişdə) reklam verilməsi qadağandır.
20.4-cü maddədə deyilir ki, xəbər proqramı, qanunvericiliyə uyğun olaraq yayımlanan təbliğat xarakterli proqram (veriliş), dini, yetkinlik yaşına çatmayanlar üçün proqram (veriliş), 30 dəqiqədən az çəkən serial, aktual siyasi proqram (veriliş) reklamla kəsilə bilməz.
Qanun layihəsinin 20.5-ci maddəsinə görə, televiziya və radio proqramı (verilişi), o cümlədən bədii film reklamla hər dəfə 4 dəqiqədən artıq olmayan müddətə kəsilə bilər.
Layihənin televiziya və radioda reklamın tənzimlənməsini nəzərdə tutan digər maddələri aşağıdakı kimidir:
20.6. Televiziya və radioda yayımlanan reklamın ümumi vaxtı efir vaxtının hər saatının 15 faizindən çox olmamalıdır.
20.7. İdman yarışının canlı və ya yazılışının yayımı ancaq fasilələrdə və ya yarışın dayandırıldığı vaxt reklamla kəsilə bilər. Bu yayımda heç bir fasilə və ya yarış vaxtının dayandırılması nəzərdə tutulmayıbsa, onunla bağlı mühüm məlumatların itirilməməsi şərti ilə, reklamın müddəti yarışın ümumi vaxtının 15 faizindən çox olmamalıdır.
20.8. Ümumi vaxtı 15 dəqiqədən az olan televiziya və radio proqramında (verilişində) reklam yerləşdirilməsinə yol verilmir (sponsor reklamı istisna edilməklə). Bu proqramda (verilişdə) sponsor reklamı ümumi vaxtı 30 saniyədən çox olmamaq şərti ilə verilişin əvvəlində və (və ya) sonunda verilə bilər.
20.9. Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş və maarifləndirmə xarakterli proqramın (verilişin) əvvəlində və (və ya) sonunda reklam aşağıdakı şərtlərlə yerləşdirilə bilər:
20.9.1. müddəti 15 dəqiqədən 25 dəqiqəyədək olduqda - 1 dəqiqə;
20.9.2. müddəti 25 dəqiqədən 40 dəqiqəyədək olduqda - 1,5 dəqiqə;
20.9.3. müddəti 40 dəqiqədən 1 saatadək olduqda - 2,5 dəqiqə;
20.9.4. müddəti 1 saatdan çox olduqda - 3 dəqiqə.
20.10. Bu maddənin 20.2.-20.8-ci hissələrinin müddəaları reklam yayımlanması üzrə ixtisaslaşmış televiziya və radio kanallarına, televiziya və radioda yayımlanan reklam xarakterli proqrama (verilişə) şamil olunmur. Televiziya və radio kanalının, proqramının (verilişinin) reklam xarakteri alması üçün onun müvafiq olaraq efir və yayımlanma vaxtının ən azı 80 faizi reklamdan ibarət olmalıdır.
20.11. Televiziya və radio proqramı (verilişi) reklam yayımlanması məqsədi ilə onun başlanması barədə xəbərdarlıqdan sonra kəsilə bilər (sponsor reklamı istisna edilməklə).
20.12. Alkoqollu içkilərin reklamına saat 00.00-dan saat 06.00-dək icazə verilir.
20.13. Yayımlanan televiziya proqramının (verilişinin) kadrına qaçan sətir və ya digər üsullarla yerləşdirilən reklam onun 7 faizindən çox sahəsini tutmamalıdır. Bu cür reklam altyazıların, habelə açıqlama xarakterli yazıların üzərində yerləşdirilməməlidir.
20.14. Reklamın, o cümlədən onun başlanması barədə xəbərdarlığın səsinin yüksəklik həddi yayımlanan proqramın (verilişin) səs yüksəkliyi həddindən artıq olmamalıdır. Səs yüksəkliyinin həddi müvafiq texniki reqlamentlə müəyyən edilir.
20.15. Proqramın (verilişin) yayımlanması zamanı televiziya kanalının loqotipinin nümayişi və (və ya) səsləndirilməsi, radio kanalının adının səsləndirilməsi, yayıcının öz məhsullarının anonsu, kommunal xidməti müəssisələrinin və xeyriyyəçilərin məlumatları reklam hesab edilmir.
20.16. Televiziya və radio vasitəsilə yayımlanan anonslarda əmtəə nişanının göstərilməsi, reklamvericinin adının qeyd edilməsi (səsləndirilməsi) reklam hesab olunur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi