Heydər Əsədov nazirlikdə 2 nəfərə yüksək vəzifə verdi-TƏYİNAT

img

25-11-2014 [13:48]


"Aqrolizinq” ASC-yə yeni rəhbər təyin edilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev APA-ya bildirib ki, nazir Heydər Əsədovun noyabr ayının 24-də imzaladığı əmrə əsasən, "Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elşən Məmmədov sədr vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi vəzifəsinə Camal Quliyev təyin olunub.

Bundan öncə bu vəzifədə çalışan Məmmədəli Dünyamalıyev isə təqaüdə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA