Xidmət rəisi qız qaçırmasından danışdı

img

24-11-2014 [15:37]


Riyad Təhlükəsizlik Xidmətinin şimal bölgəsi üzrə rəisi olmuş Elman İbrahimov özündən yaşca çox kiçik olan qızı qaçırmasına aydınlıq gətirib.

Axar.az-a danışan E.İbrahimovbildirib ki, haqqında deyilənlər həqiqəti əks etdirmir: "Mən qız qaçırmamışam, ailə qurmuşam. Vəzifəmdən çıxmağımın da bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Artıq bir həftəyə yaxındır ki, bəzi nöqsanlarıma görə rəis vəzifəsindən azad edilmişəm, hazırda müavin işləyirəm”.

Qeyd edək ki, Riyad Təhlükəsizlik Xidmətinin şimal bölgəsi üzrə rəisi Elman Səttar oğlu İbrahimovun özündən xeyli kiçik, ilk nikahdan olan qızının sinif yoldaşı olduğu deyilən Aynur Seyfiyeva adlı xanımı qaçırdığı barədə məlumat daxil olmuşdu. Onun qızı yaşında bir xanımı evlənmək məqsədilə qaçırmasının narazılıq yaratdığı, məhz bu əməlinə görə Riyad Təhlükəsizlik Xidmətindəki vəzifəsindən azad edildiyi bildirilirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA