Ölkədə şaxtalı hava olacaq, bəzi rayonlara qar yağacaq

img

24-11-2014 [13:19]


Noyabrın 25-də ölkədə şaxtalı hava davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah da Bakıda və Abşeron yarımadasında soyuq, arabir yağıntılı hava davam edəcək. Mülayim şimal küləyi əsəcək. 

Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 4-6 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. 

Rayonlarda da hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 1-6 dərəcə, gündüz 6-10 dərəcə isti, dağlıq ərazilərdə gecə 3 dərəcədən 8 dərəcəyədək şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA