GDU-da şikayətçilər "Oğrular"la hədələnir?! - Dekanın əlyazması yayıldı

img

24-11-2014 [09:23]




Müəllimlər universitetdəki xoşagəlməz hallar haqqında yenidən şikayət ediblər

Gəncə dövlət Universitetinin adı rektor dəyişikliyindən sonra mətbuatın gündəmindən düşmür.

Universitetin adının çəkilməsini istəməyən müəllimləri yenə də bir sıra mətbu orqanlarına, o cümlədən «Reytinq»ə çoxsaylı şikayət məktubları göndərməkdə davam edirlər.

Müəllimlər bildirir ki, GDU-nun"Fizika və texniki fənlər" fakültəsində «bazar» açılıb: «Gəncə Dövlət Universitetinin "Fizika və texniki fənlər" fakültəsinin dekanı İldırım  Qasımovun  və onun müavini Yəhya Namazovun əməlləri barədə mətbuatda xəbər gedəndən sonra noyabrın 5-də  İldırım Qasımov rektor Yusif   Yusibova  müraciət ünvanlayıb. Bu müraciətində o, əməllərini fakültənin professor-müəlim heyəti ilə bölüşməyə çalışıb. Müraciəti heç bir hərfinə toxunmadan, olduğu  kimi Sizə təqdim edirik. Bunu bir dekan yazıb, imzalayıb: 

«Hörmətli Yusif müəllim! 23 oktyabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin rektorunun yanındakı iclasda keçirilmiş iclasda  sizin Fizika və texniki fənlər fakültəsi haqqında bildirdiyiniz irad və nöqsanların aradan qaldırılması üçün fakultədə prafessor – müəllim heyəti və texniki işçilərin iclası keçirilmiş və müvafiq qərara əsasən irad və nöqsanların qısa vaxtda aradan qaldırılması üçün vacib tədbirlər planı hazırlanmışdır.Lakin buna baxmayaraq, həmin iclasdan sonra, az vaxt keçməsinə baxmayaraq, müxtəlif  üzdəniraq  internet saytlarında fakültənin və kafedraların professor – müəllim heyətinin adı çox pis təhqiramiz formada çəkilmişdir. Guya fakültə dekanlığının göstərişi ilə kollekviumlardan hər tələbədən 40 – 50 manat pul yığılır.

Xahiş edirik ki, şantaj və yalan xarakterli təhqiramiz hesab etdiyimiz məlumatı internet saytında yerləşdirən  şəxslərin, Gəncə Dövlət Universitetinin adına xələl gətirdiyinə görə ciddi cəza verilməsi üçün ciddi tədbir görülməsinə köməklik göstərəsiniz.
 
Müraciəti öz imzamla təsdiq edirəm. Fizika və texniki fakültənin dekanı İldırım Qasımov».

Yazdığı cümlələrin heç vaxt nə mübtəda, nə də xəbəri  yerində olmayan İldırım Qasımov müraciətində nöqsan olduğunu inkar etmir. Bu nöqsanlar isə 600 – 700 manat müqabilində "aylığa”  buraxılan  onlarla tələbələrdən, ən azı  500  manata I kurslarda qrup nümayəndələri təyin etdiyiniz tələbələrdən, 150 – 200 manat alıb yeni toy etmiş bəyə və ya gəlinə bir aylıq icazələrdən bəhs edir».

Müəllimlər qeyd edir ki, bu haqda mətbuatda xəbər gedəndən sonra dekan və müavini "aylıqda” olan  tələbələrə təcili zəng edib, "sizin adınız internetdə yazılıb" deyərək dərhal dərslərə qayıtmağı tələb ediblər: « Bununla yanaşı, tədris binasının dəhlizində qışqıra – qışqıra söyüşlər söyüb «bu məqaləni  yazan  müəllimləri  "Vorlara” (Kriminal Oğru) tapdıracağam. Qoy onları aparıb Kür çayının qırağında bıçaqla deşik – deşik etsinlər» deməklə deyil. Bunu etməkdənsə, heç olmasa 30 oktyabr 2014-cü il tarixində dosent  Seyran Vəliyevin IV kurs fizika ixtisasında dərsi zamanı auditoriyada bir müddət lövhəyə baxıb, sonra dərsə kobud müdaxilə edərək "savadsızsan,  get  ərizəni yaz, çıx get ” halları da araşdırmanız, doğru olmazmı? Bu hərəkətlər hansı pedaqoji etikaya sığır? Bu hüququ, bu səlahiyyəti  sənə  kim verib, ay cümlələri mucuq kimi düzən dekan?»("Reytinq").

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA