Bakı Telefon Rabitəsi İstehsalat Birliyi məhkəməyə üz tutdu - Təzminat davası

img

22-11-2014 [17:54]


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) "Azəristiliktəchizat” ASC-ni məhkəməyə verib.

 Bu barədə Mia.az-a daxil olan məlumata görə, sözügedən ASC təmir işləri apararkən BTRİB-in balansında olan kabel xəttini zədələyib.

Buna görə də, rabitə müəssisəsi zərərin ödənilməsi məqsədiylə "Azəristiliktəchizat” ASC-ni məhkəməyə verib. İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb: «Hazırda dövlət qurumlarının məhkəmə çəkişməsi Bakı Apellyasiya Məhkməsində hakim Həmid Həmidovun icraatında davam edir: «Hakim BTRİB-in şikayəti əsasında "Azəristiliktəchizat” ASC-yə qarşı qaldırılmış təzminat davası üzrə noyabrın 27-də iclas keçirəcək».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA