Nazir idarə rəisini "vurdu", yeni təyinat apardı

img

22-11-2014 [12:32]


Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Gəncə rayon Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev vəzifəsindən azad edilib.
 
Həmin vəzifəyə artıq yeni təyinat aparılıb.
 
M.Rzayev isə başqa vəzifəyə keçirilib.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə açıqlamasında sözügedən məlumatı təsdiqləyib.
 
Qeyd edək ki, Gəncə rayon Səhiyyə İdarəsi Səhiyyə Nazirliyinin strukturuna tabe olan qurumdur. Onun rəhbəri yerli icra hakimiyyəti orqani ilə razilaşdırılmaqla nazirin əmri ilə vəzifəsindən azad edilir və ya təyin edilir(Trend).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA