Bürcləriniz bu günə nələri vəd edir? - Proqnoz

img

22-11-2014 [00:17]


QOÇ - Astroloji göstəricilər naharaqədərki vaxtı adi işlərə həsr etməyi məsləhət görür. Bütün görüşlərdə ehtiyatlı olun. Sonrakı müddətdə isə fəaliyyətdə müəyyən uğurlarınız mümkündür.

BUĞA - Tale imtahanlarından birini vermək üçün bu gün qarşınıza çıxan hər bir hadisəyə imanla yanaşın. Nəzərə alın ki, Böyük Yaradandan gizli heç nə yoxdur. Doğmalarınıza baş çəkin.

ƏKİZLƏR - Neçə vaxtdan bəri mövcud olan pulla bağlı sıxıntılarınız nəhayət ki, aradan qalxmağa başlayacaq. Bu isə həmişə olduğu kimi ovqatınızın yüksəlməsinə stimul verəcək.

XƏRÇƏNG - Lazımsız əlaqələrə son qoymağı bacarsanız, ulduzlar sizə xoş bir gün bəxş edəcək. Enerjinizi yalnız xeyirxah işlərin həllinə və maliyyəyə yönəldin. Yuxusuzluğa qarşı əncam çəkin.

ŞİR - "Həmişə haqlıyam" kimi dəhşətli və qərəzli fikirlərdən əl çəkin. Əks təqdirdə hər şeydən məhrum ola bilərsiniz. Çünki insanların dözüm və güzəşt limmiti tükənməz deyil.

QIZ - Günün ümumi mənzərəsi normal olsa da, bəzi səhvlərdən yaxa qurtarmağa çalışın, ələlxüsus da münasibətlərdə. Dəqiq olmayan məsələlərə yekun münasibət bildirməyin. Gəlir də mümkündür.

TƏRƏZİ - Yaşamağın çox çətin olduğu indiki vaxtda "körpüləri yandırmaq" sizə yaramaz. Ən azı xoş gələcəyiniz üçün bunu etməməlisiniz. Davranışda səmimi, sağlamlığınızda ehtiyatlı olun.

ƏQRƏB - Əgər əsas gücü ünsiyyətin mülayimləşdirilməsinə yönəltsəniz, ulduzlar sizi sevindirəcək. Hətta maddi durumunuz da qənaətbəxş hala gələ bilər. Bu gün yaxın səfərə çıxmaq olar.

OXATAN - Bürcünüzdəki müsbət kosmik fon ümumi işlərinizdə xeyli irəliləyiş yaradacaq. Həm fəaliyyətdə, həm də münasibətlərdə sevinəcəksiniz. İstənilən yeni təklifə razılıq verin.

OĞLAQ - Günün birinci yarısında əsəblərinizi qorumağı bacarın ki, Göy qübbəsinin sürprizləri sizdən yan keçməsin. İnsanlara əşya kimi deyil, Tanrının yaratdığı ali varlıq kimi baxın. 

SUTÖKƏN - Dəiyşkən iqlimlə mübarizədə əzmkar olun ki, qarşıda duran perspektivlərə yetişəsiniz. Öz təklif və əmrlərinizlə müsahiblərinizin işini çətinləşdirməyin. Gecəni öz evinizdə keçirin.

BALIQLAR - Ulduzlar bu gün əsas ixtiyarı öz əlinizə verəcək. Bu isə gözlənilən hadisələrin nəticəsini qərarlarınızdan asılı edəcək. Hər şey müvafiq olsa, nahardan sonra ovqatınız yüksələcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA