General Mirqafqar Seyidov polislərə əmr verdi...

img

21-11-2014 [14:45]


Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, polis general-mayoru Mirqafar Seyidov paytaxt polisinin fəaliyyətini araşdırmağa davam edir.

Publika.az-a daxil olan məlumata görə, BŞBPİ-nin yeni rəisi bir neçə gün öncə Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsində olub.

İddiaya görə, qəfil bölmənin binasına gələn Mirqafar Seyidov polis əməkdaşlarına 2 iritutumlu avtobusa minmələrini əmr edib.

Çaşbaş qalan, nəyin baş verdiyini anlamayan bölmənin bütün şəxsi heyəti general-mayorun göstərişinə əməl etməli olublar.

Verilən məlumatda bildirilir ki, Mirqafar Seyidov 25-ci polis bölməsinin əməkdaşlarını qan analizi vermələri üçün özü ilə birlikdə Respublika Narkoloji Dispanserə aparıb. Ciddi nəzarət altında baş tutan analizin nəticələri barədə məlumat verilməyib.

BBŞPİ-nin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, onlarda bununla bağlı məlumat yoxdur. "Əgər belə bir yoxlama olubsa, nəticələri açıqlanacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA