20-11-2014 [14:49]
Hazırda Bakıda sınaq qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqının artırılması barədə qərar layihəsi müvafiq qurumlarda razılaşdırma mərhələsindədir.
Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Nazir bu layihənin qısa müddət ərzində razılaşdırılacağına ümid etdiyini bildirib: "Burada məqsəd sınaq qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqlarının mərhələli şəkildə artırılması barədə konkret qərarın verilməsidir. Ümid edirik ki, yaxın zamanlarda biz buna nail ola biləcəyik”.
M.Cabbarov qeyd edib ki, sınaq qiymətləndirmədə iştirak edən müəllimlərin xüsusi kurslar vasitəsilə təkmilləşdirilməsi imkanları yaradılıb: "Yalnız bundan sonra attestasiya həyata keçiriləcək. Burada biz sosial yanaşmaya üstünlük verdik. Bir sıra, o cümlədən Azərbaycanla qonşu olan ölkələrdə birbaşa attestasiya keçirildi. Ancaq biz dövlətin sosial siyasətini nəzərə alaraq, hər hansı müəllimi attestasiyaya dəvət etməmişdən əvvəl öz tərəfimizdən bütün lazımi şəraiti yaratmalıyıq ki, müəllimlərin təkmilləşdirilməsi müvafiq zəif yerləri bilərək həyata keçirilsin”.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2013-cü ilin sonunda qəbul etdiyi müvafiq qərara əsasən, müəllimlərin maksimal dərs yükü 3 stavkaya və yaxud 36 dərs saatına bərabər ola bilər. Müəllimlərin maksimal dərs saatının 24 saat olması barədə hər hansı bir məhdudiyyət yoxdur: "Bu, köhnə qayda idi. Yeni qayda artıq tətbiq olunur. Əməkhaqqının ödənişinə gəldikdə, 12 saat olan stavka üçün minimal əməkhaqqı 155 manat, maksimal əmək haqqı 207 manatdır”.
M.Cabbarov deyib ki, NK tərəfindən verilən 15 avqust 2014-cü il tarixli qərara əsasən, rayon və kəndlərdəki orta məktəblərdə vakant müəllim ştatlarının azaldılması məqsədilə gənc müəllimlərin həvəsləndirilməsi üçün ödənilən vəsaitlərin məbləği əhəmiyyətli dərəcədə artırılıb: "Biz artıq nəticələri görürük. Nəticələr isə ondan ibarətdir ki, rayon və kənd məktəblərində vakant müəllim ştatlarının sayı 3 faizdən 0,78 faizə faizə enib”.
- See more at: http://axar.az/news/35322#sthash.eiePso8h.dpufƏli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi