Mikayıl Cabbarovun səhhətində problem yarandı

img

20-11-2014 [14:30]


Təhsil naziri Mikayıl Cabbarov artıq üçüncü gündür parlamentdə davam edən büdcə müzakirələrinə qatılmamasını səhhətindəki problemlə əlaqələndirib.

Mia.az AzVision.az-a istinadən xəbər verir ki, M.Cabbarov bunu parlamentdə büdcə müzakirələrinin sonuncu günündə etdiyi çıxışı zamanı deyib.

Səhhətində hansı problemin yarandığını qeyd etməsə də, nazir iki gün büdcə müzakirələrinə qatılmamasını məhz dediyi səbəblə əlaqələndirib:

"Odur ki, iki gün büdcə müzakirələrində iştirak edə bilmədiyimə görə millət vəkillərinə və hökumət üzvlərinə üzrxahlıq edirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA