Zahid Qaralov xəstəxanaya yerləşdirildi, əməliyyat olundu

img

20-11-2014 [12:30]


"Zahid Qaralov səhhətində problem yarandığından Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Zahid müəllimin səhhətində yaranan problemin nədən ibarət olduğunu isə bilmirik”.

Bunu Modern.az saytına hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.

Modern.az-a daxil olan məlumatda YAP-ın İdarə Heyətinin üzvü, keçmiş deputat Zahid Qaralovun vəziyyətinin qəflətən ağırlaşdığı və Mərkəzi Klinik Xəstəxanada hətta üzərində ağır əməliyyat keçirildiyi bildirilir.
Mərkəzi Klinik Xəstəxanadan Z.Qaralovun əməlliyat keçirdiyini təsdiqləsələr də, bu haqda məlumat vermək istəməyiblər.

Zahid Qaralov 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. Məşhur "91-lər”dəndir.Hazırda YAP-ın Səbail rayon təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvüdür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA