Ramil Usubov işdən çıxardı, Mirqafar Seyidov yeni iş verdi - DİN-də təyinat

img

19-11-2014 [11:37]


Azərbaycanın Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr təyinatı olub. 

Mia.az xəbər verir ki, bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib. Belə ki, Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin sabiq rəisi polis polkovnik-leytenantı Ələddin Nizaməddin oğlu İsmayılov yeni təyinat alıb. O, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun əmri ilə BŞBPİ-nin Cinayət Axtarış İdarəsinə baş əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, Ə.İsmayılov bir müddət əvvəl nazir general-polkovnik Ramin Usubovun əmri ilə vəzifəsindən azad olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA