18-11-2014 [21:00]
Bakı şəhəri, Nəsimi rayonu S.Rüstəm küçəsi 81 ünvanında yerləşən 1 saylı mənzilin sahibi Rəhilə Abbasova Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova şikayət məktubu göndərib.
Mia.az-a daxil olan məktubda şikayətçi 14 nəfərdən ibarət qaçqın ailəsi, Dövlət Yol Polisinin keçmiş əməkdaşı Aydın Cəfərov və onun qudası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşova məxusus olan "ELLİPS-R LTD” MMS tərəfindən ağlasığmaz işgəncələrə məruz qaldığını bildirib və ölkə başçısından kömək etməyi xahiş edib. R.Abbasovanın ailəsi məktubun mətbuatda işıqlanmasını xahiş edib. O, dəfələrlə məktub göndərsə də, cavab ala bilmədiyi üçün mətbuata üz tutduğunu vurğulayıb.
R.Mirzəyeva məktubunda bildirib ki, adıçəkilən tikinti şirkəti 14 nəfərlik ailənin həyatını cəhənnəmə çevirib. Şirkətin əməkdaşları ailəyə hücum edib və 69 yaşlı Rəhilə Abbasovanı vəhşicəsinə döyüblər. Yaşlı xanım qornmaq üçün evə girib qapını bağlasa da qapını sındırıb onu amansızcasına təpikləyiblər.
Hazırda evinin dörd tərəfi 20 metrə qədər dərinlikdə qazıldığından ev yararsız hala düşüb və yağışlı günlərdə evin içi su ilə dolub.
R.Abbasovun həyətindəki 30 yaşlı ərik ağacının da ətrafını qazıblar, ağac hazırda aşmaq təhlükəsi ilə üz-üzədir.
Abbasovlar ailəsinin nazirə ünvanladığı məktubu ixtisarla oxuculara təqdim edirik:
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kamaləddin Heydərova
Məktub
Hörmətli nazir, artıq iki ildən çoxdur ki, Dövlət Yol Polisinin keçmiş əməkdaşı Aydın Cəfərov və onun qudası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşova məxusus olan "ELİPS-R LTD” MMS-n qoçuları bizim həyatımızı cəhənnəmə çeviriblər. İki ildən çoxdur ki, biz şirin yuxu üzünə həsrət qalmışıq. Adıçəkilən şirkət bizim yaşadığımız Bakı şəhəri, Nəsimi rayonu S.Rüstəm küçəsi 81 ünvanında yerləşən evimizin hər tərəfini düz divarın dibindən 20 metr dərinlikdə qazıb. Evimizin beş metrliyində 17 mərtəbəli göydələn inşa edən şirkətin qoçuları, əsasən şirkətin məsul işçisi Abdulla Məmmədov məni dəfələrlə təhqir edib, hədələyib.
Son ayların yağışlı günlərində evimizin içində quru yer tapıb oturmaq olmurdu. Elə bil yağış həyətə deyil, evin içinə yağırdı. Çünki evimin 5 metrliyində ucaldılan 17 mərtəbəli binada çalışan fəhlələr yuxarıdn aşağı, evimizin üstünə, həyətimizə bütün günü əllərinə keçəni, daş-çınqıl, dəmir qırıqları, armatur parçaları tökürlər. Onlara etiraz edəndə isə üstümüzə qışqırıb "köçün gedin burdan” deyirlər.
Həyatımız tükdən asılı vəziyyətdədir. Ailəmiz didərgin düşüb. Məktəbli nəvələrimin hərəsi bir qohumun evinə sığınıb. Bütün bunların səbəbi çox dəhşətlidir. "ELİPS-R LTD” tikinti şirkəti bizim evimizi dəyər-dəyməzinə onlara satmağa məcbur edir. Bu çox dəhşətlidir. Biz məgər müstəqil ölkədə yaşamırıq? Məgər bizim ölkəmizdə dərəbəylikdir ki kim kimin evini istəsə başına uçursun?
Bu ilin sentyabr ayının 10-da şirkətin işçiləri həyat yoldaşım evdə olmayanda evimizə hücum elədilər, qapını sındırıb məni döydülər. Zərbələrdən huşumu itirdim: "Biz Arif Qaraşovun qoçularıyıq, evi dağıt deyiblər dağıtmalıyıq” deyən bir dəstə adam evimizin bütün əşyasını, hətta qapısını da tələsik özləri ilə gətirdikləri Kamaz-a yüklədilər. Qonşuların müdaxiləsindən sonra Kamaz-ı sürüb aparmadılar, həyətdə saxladılar. Biz 10 gündən çox qapısız evdə yaşadıq. Sonra gəlib maşını yerə boşaldıb getdilər.
Bu iki ildə yaşadıqlarımızı düşündükcə hüquqi dövlətdə yaşadığmıza inamım itir. Axı bütün bunlar quldurluq dövründə baş verirdi. Biz ki, müstəqil, hüquqi dövlətdə yaşayırıq. Hüquqi dövlətin vətəndaşının mülki əlindən belə zorlamı alınır?
Hörmətli nazir, biz Ermənistanın Mehri rayonundan köçkün düşmüşük. Amma ermənilər bizə Arif Qaraşovun etdiyi zülümləri etmədi. İllərdir tarix dərsliklərində ermənilərin zülümkarlığı tədris edilir. İllər sonra bu günki məmurların etdikləri tarixə çevriləndə ermənilərin zülmü çox adi görünəcək.
Sonda ailəmiz adından Sizdən xahiş edirik bizi xilas edin! Bizim həyatımızı Arif Qaraşov cəhənnəm alovu ilə yandırır. Çox xahiş edirik hörmətli general, bizi XİLAS edin!
Hörmətlə Mirzəyevə Rəhilə Xanəli qızı
Bakı şəhəri, Nəsimi rayonu S.Rüstəm küçəsi 81
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi