İlham Əliyev hakimi işdən çıxardı, diqərinin yerini dəyişdi - Sərəncam

img

18-11-2014 [20:05]


Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Şəhər Məhkəməsinin sədri Hüseyn Məmmədovun iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

H. Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Qazax Rayon Məhkəməsinin hakimi Elnur Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Sərəncamda qeyd olunur ki, buna səbəb E. Cəbiyev qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozmasıdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA