Azərbaycan universitetləri beynəlxalq təhsil sərgisində

img

18-11-2014 [13:29]



Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində "Optima Study” Beynəlxalq Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Xaricdə təhsil" beynəlxalq sərgi-yarmarkası keçirilib.

Sərgidə ABŞ, Rusiya, Kanada, Birləşmiş Krallıq, İsveçrədən də təhsil ocaqları iştirak ediblər. Ümumilikdə dünyanın 20-ə yaxın ölkəsinin iştirak etdiyi beynəlxalq sərgidə Azərbaycan universitetləri də təmsil olunub.

Sərgidə Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Bakı Slavyan Universitetini "Reduco” Təlim Tədris Mərkəzi təmsil edib. Sərgidə xarici tələbələrin Azərbaycan universitetlərində təhsil alması üçün mövcud imkanlarla bağlı iştirakçılara məlumat verilib.

Azərbaycan universitetlərinin təmsil olunduğu sərgi guşəsində bakalavriat və magistratura, o cümlədən MBA proqramı barədə geniş məlumatlar əks olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA