Komitə sədrindən xəbərdarlıq: “Azərbaycana 2 milyard dollar ziyan dəyə bilər”

img

18-11-2014 [13:02]


"2015-ci ilin dövlət büdcəsində neftin qiyməti 90 dollar müəyyən edilib. Dünya bazarlarında qiymət 75-80 dollara enə bilər”.

Modern.az saytı  xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib. 
O bildirib ki, Azərbaycan dünya bazarlarında neftin qiymətinə müdaxilə edə bilməz: 

"Yəni neftin qiyməti proqnozlaşdırılan həddən aşağı olarsa, Azərbaycana 2 milyard dollar ziyan dəyə bilər. Bu, dünya siyasətidir və bizim ona müdaxiləmiz qeyri-mümkündür. Ancaq buna baxmayaraq, Azərbaycanda heç bir sosial proqram yarımçıq qalmayacaq”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA