Prezidentin təyin etdiyi liman direktoru kimdir?

img

18-11-2014 [12:30]




Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Taleh Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yeni Baş direktor təyin olunub.

"Qafqazinfo” xəbər verir ki, T.Ziyadov Azərbaycan Diplomatik Akademiyasında (ADA) elmi işçi və adyunkt professor vəsifələrində çalışır. O, Corctaun Universitetinin Diplomatik Xidmət məktəbində magistr təhsili alıb və hazırda Kembric Universitetinin doktorluq dərəcəsi üzrə təhsilini davam etdirir. Onun elmi araşdırmalarına Xəzər regionunun nəqliyyat, logistika və energetika məsələləri , həmçinin zəngin təbii sərvətlərə malik ölkələrin iqtisadi siyasəti əhatə edir. Onun analitik məqalələri bir sıra jurnallarda çap edilib.

Daha əvvəl Taleh Ziyadov Vaşinqtonda Amerika-Azərbaycan Ticarət palatasının icrası direktorunun meüavini və ADA universitetində akademik məsələr üzrə dekan köməkçisi vəzifəsində çalışıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA