Ramil Usubov daha bir əmr verdi - Təyinat

img

17-11-2014 [22:53]


Ağcabədi Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinə yeni rəis təyin edilib. 

AzNews.az-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə polis mayoru Dadaş İbrahimov təyin edilib. 

Dadaş İbrahimov bundan əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı olub. Ondan öncə isə İmişli Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi vəzifəsində çalışıb. 

Dadaş İbrahimov xəbəri təsdiqləyib. O, artıq işə başladığını bildirib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA