Ermənilər həftəsonu Bakıya gəlirlər

img

17-11-2014 [22:31]


Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Qraçya Rostomyan və MOK-un İdarə heyətinin rəhbəri Vaqinak Qalstyan noyabrın 21-22-də Bakıda keçiriləcək Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasında iştirak edəcəklər.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan MOK-un mətbuat xidməti xəbər yayıb.

Məlumatda deyilir ki, iclasın gündəliyinə digər məsələlərlə yanaşı, vacib məsələ - ilk Avropa Oyunlarının keçirilməsi məsələsi daxil edilib.

Qeyd edək ki, Bakıda ilk Avropa Oyunları gələn il iyunun 12-28-də keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA