Daha iki icra başçısı hədəfə alındı - bir rayon haqda faktlar prokurorluğa verildi - Rəsmi qərar

img

17-11-2014 [17:21]


Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Mia.az Palatadan verilən məlumata istinadən xəbər verir ki, iclasda Ağsu Rayon İcra Hakimiyyətinə sosial infrastruktur layihələrinin maliyyələşdirilməsinə, Kürdəmir Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, Bakı Şəhər İcra Hakimiyyətinin məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi üzrə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsi üzrə audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Palata Kürdəmir rayonunda "Mollakənd-Axtarçı-Öyləqulu avtomobil yolunun tikintisi” obyekti üzrə yerinə yetirilməmiş işlər üzrə ödənişlərin edilməsi, görülən işlərin yarasızlığı və bu kimi digər maliyyə pozuntusu hallarına, nöqsan və çatışmazlıqlara yol verməklə dövlətə külli miqdarda ziyan vurulması ehtimalını nəzərə alaraq nəzarət tədbir üzrə yoxlama materiallarını Baş Prokurorluğa göndərib.

Qeyd edilmiş nəzarət tədbirlər üzrə müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Milli Məclisinə təqdim olunması qərara alınıb. 


Kollegiyada, eyni zamanda, dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə Naxçıvan Muxtar Respublikası büdcəsindən Naxçıvan şəhər 6 nömrəli Mənzil İstismar İdarəsinə ayrılan vəsaitlərin, digər mənbələrdən daxilolmaların proqnozlaşdırılması və istifadəsinə dair audit proqramı təsdiqlənib.

Onu da qeyd edək ki, Ağsunun icra başçısı nazir Səlim Müslümovun dayısı Ənvər Seyidəliyevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA