Ermənilər helikopterə görə virtual hücuma keçdi - Rəsmi

img

17-11-2014 [16:29]


Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hava məkanını pozmuş Ermənistana məxsus hərbi helikopterin vurulmasından sonra Azərbaycana qarşı kiberhücumların kəskin artımı müşahidə olunur. 

Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanov deyib.

Onun sözlərinə görə, cəbhə xəttində yaranmış gərginlik AzNET şəbəkəsində də özünü göstərib və Azərbaycanın internet resurslarına hücumlar davam edir.

Kiberhücumlara KİV resursları, dövlət və özəl strukturların saytları məruz qalırlar ki, bu da xarici hücumlardan davamlı müdafiənin təşkili məsələsini aktuallaşdırır.

F.Fərmanov qeyd edib ki, hücumlar müxtəlif mənbələrdən həyata keçirilir: "Biz internet resurlarının sahiblərinə onların davamlı işləməsini təmin etmək üçün təhlükəsizlik sistemlərinə ciddi diqqət yetirməyi tövsiyə edirik".

Elektron Təhlükəsizlik Mərkəzi haker hücumlarına məruz qalmış resurs sahiblərinə hərtərəfli kömək etməyə hazır olduğunu bildirir. Kömək üçün 1654 "qaynar xətt"inə və reports@cert.az elektron ünvanına müraciət etmək olar.

Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistana məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA