Paytaxtın baş polis rəisindən daha bir qeyri-adi addım - general yoxlamanı davam etdirir

img

17-11-2014 [16:15]


DİN-də aparılan kadr islahatlarından sonra Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin olunan Mirqafar Seyidov qeyri-adi üsulla yoxlamalara davam edir.
 
 Ucnoqta.az -a daxil olan məlumata görə, Baş Polis İdarəsinin yeni rəisi bu dəfə Nərimanov rayonunda yoxlama aparıb. Belə ki, dünən gecə mülki geyimdə Nərimanov rayon polis idarəsinə daxil olan BŞBPİ rəisi, general Mirqafar Seyidov sadə vətəndaş kimi polisə müraciət edib: "İş çantamı taksidə unutmuşam, bununla bağlı sizə müraciət etmək istəyirəm”.
Lakin polis nəfəri BŞBPİ-nin yeni rəisini tanımayıb. Onun müracitəini soyuq qarşılayaraq, sabah müraciət etməsini istəyib. Bir qədər sonra isə "şikayətçi”nin Mirqafar Seyidov olduğu məlum olub və o polis əməkdaşını tənbeh edib.
 
Faktla bağlı polis idarəsində cəzalananların olub-olmaması ilə bağlı məlumat yoxdur.
 
Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq. O açıqlamasında BŞBPİ-nin rəisinin istənilən vaxt, istənilən polis idarəsini yoxlamağa ixtiyarı olduğunu bildirdi.uf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA