Mikayıl Cabbarovdan sərt addım: 7 məktəb direktoru və 3 direktor müavini qovulub

img

17-11-2014 [15:37]


Ötən tədris ili ərzində Bаkı şəhərinin məktəblərində məktəbda­xili nəzarətin təşkilinə dair reydlər təşkil olunub. Təhsil Nazirliyindən verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 illik fəaliyyətinə dair hesabatda qeyd olunub ki, reydlərin məqsədi şagirdlə­rin dərsə davamiyyəti, məktəbli kitabçasından istifadə, sinif jurnallarının aparılması, müəllimlərin fəaliyyətinə nəzarətin təşkili kimi məsələlər olub. Reydin nəticələri ümumiləşdirilərək məktəb direktor­larının iştirakı ilə geniş müzakirə olunub və nöqsanların aradan qaldırılması məqsədilə əməli tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələr verilib.

Qeyd olunub ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər aparılıb. Aparılmış araşdırmalar nəticəsində aşkar olunmuş qanun pozuntuları faktları barədə təqdimatlar əsasında 7 məktəb direktoru və 3 direktor müavini tutduğu vəzifədən azad edilib, 32 məktəb direktoru və 16 direktor müavini intizam məsuliyyətinə cəlb olunub(apa).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA