Ədliyyə Nazirliyində işləmək istəyənlər, mütləq oxuyun!

img

17-11-2014 [13:06]


Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı (TQDK) 2014-cü il noyabrın 19-da Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək.

TQDK-nın verdiyi məlumata görə, imtahan saat 10:00-da Azərbaycan Texniki Universitetinin idman sarayında, (Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında) keçiriləcək.

Sənədlərin qəbulu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən cari ilin sentyabrın 17-dən noyabrın 14-dək aparılıb. İmtahanda iştirak etmək üçün 465 namizəd qeydiyyatdan keçib.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 17 və 18 noyabr tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər.

İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA