Cavid Qurbanovun məmur qohumundan şok fırıldaq: - 1 yerə 3 direktor təyin edib!

img

17-11-2014 [12:17]


Ağdam qaçqınlarına tikilən yeni məktəb binaları korrupsiyaya yol açıb.

Bu haqda "Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, yeni binalara kiçik köçkün məktəbləri köçürülür. Köçürülmədən sonra məktəblərin rəhbərliyi birləşdirilməli olsa da, bu baş vermir. 

İddia olunur ki, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova kiçik məktəb direktorlarından və texniki heyətdən öz vəzifələrində qalmaları üçün "şirinlik” alır. Nəticədə 300-400 nəfərlik bir məktəbdə 3 direktor və 6 gözətçi işləyir. 

Bərdə rayonunda ağdamlı köçkünlər üçün tikilmiş qəsəbədə 1 saylı məktəbin içərisində 3 və 11 saylı kiçik məktəblər yerləşdirilib. Mingəçevirdə tikilmiş qəsəbədə 52 saylı məktəbin içərisində 51 saylı və 48 saylı, Agdam rayonunda yeni tikilmiş Yeni İmamqulubəyli qəsəbəsində 135 saylı məktəbdə 92 və 87 saylı məktəblər yerləşdirilib. Bundan başqa, Ağdamda yeni tikilmiş qəsəbəyə bitişik olan İmamqulu qəsəbəsində tam orta məktəb olduğu halda, bu il həmin qəsəbənin mədəniyyət klubuna 5 saylı məktəb köçürülüb. 

Beləliklə təxminən 1 km radiusda 5 məktəb fəaliyyət göstərir. 

Onu da qeyd edək ki, rayon təhsil şöbəsinin müdiri E.Şükürova "Azəryolservis" ASC-nin rəhbəri, deputat Cavid Qurbanovun yaxın qohumudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA