Ermənilər vurulan helikopterin görüntüsünü yaydı- Video

img

16-11-2014 [23:03]


Noyabrın 12-də Azərbaycan ordusunun hərbçisi tərəfindən vurulan helikopterin yeni görüntüsü yayılıb.

"Mia.az" virtualaz.org-a istinadən xəbər verir ki, bu dəfə görüntüləri ermənilər yayıb. Görüntülərdə iki erməni vertolyotunun təlim adı ilə həyata keçirdiyi uçuşlarda raketlərdən istifadə etdiyi aydın şəkildə görünür. Lakin erməni tərəfi vertolyotlarının silahsız olduğunu və təlim məqsədi ilə uçuşlar həyata keçirdiklərini deyirdilər. Erməni mətbuatının yaydığı bu görüntülər isə bunun əksini göstərir.

Xatırladaq ki, noyabrın 12-də Ağdam istiqamətində mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən iki düşmən vertolyotu postlarımıza yaxınlaşmışdı. Hərbçilərimiz düşmənin Mi- 24 vertolyotlarından birini məhv etmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA