Həftənin ilk iş günü- Güclü külək, yağış və qar

img

16-11-2014 [19:20]


Həftənin ilk iş günü Azərbaycanda hava küləkli və soyuq olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a bildiriblər ki, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Saniyədə 10-15 metr sürətlə şimal küləyi əsəcək, arabir 18-23 metrədək, gecə yarımadanın bəzi yerlərində 25-28 metrədək güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə və gündüz 8-10 dərəcə isti olacağı ehtimal edilir.

Atmosfer təzyiqi normadan yüksək olacaq, nisbi rütubət 85-95 faiz edəcək.

Azərbaycanın bölgələrində arabir yağış yağacağı ehtimal olunur. Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 20-28 metrədək güclənəcək, dağlarda sulu qar və qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 1-6, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA