16-11-2014 [17:03]
"Mia.az”in virtualaz.org-a istinadən xəbərinə görə, Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, RİH nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamovun şikayəti evi söküləcək "Sovetski” sakinlərinin bəzilərinin qanunsuz olaraq evlərdə yeni tikinti işlərinin aparmasıdır. S.İsmayılov deyir ki, sakinlər bunu etməklə evlərinin kvadratını artırmağa və dövlətdən əlavə pul almağa çalışırlar.

İcra başçısının müavininin sözlərinə görə, son günlər məhəllədə onlarla qanunsuz tikilinin qarşısı alınıb.
"Sovetski” sakinləri də də söküntü komissiyasının sədrinin dediklərini təsdiqləyir. Onlar deyirlər ki, bəzi qonşular doğrudan da gecə vaxtlarında qanunsuz tikinti işləri aparırlar. Lakin söküntü komissiyası evlərin fotoşəkillərini əvvəlcədən çəkdiyindən yeni tikililəri müəyyən etməkdə çətinlik çəkmir.
Ancaq sakinlərin də əsaslı şikayətləri var. Sakinlərin narazılığı söküntü işlərinin gedişindəndir. Söküntü işləri hazırda məhəllənin müxtəlif yerlərində həyat keçirilir.

"Sovetski”məhəlləsində olarkən şahidi olduğumuz mənzərə heç də ürəkaçan deyildi. Onlarla ailənin yaşadığı bir neçə birmərtəbəli binada sakinlərin bir qismi verilən kompensasiyanı alaraq mənzillərini tərk ediblər və onların mənzilləri, yəni binaların bir hissəsi sökülüb.. Lakin binaların digər sakinləri isə hələ də bu yarıuçuq evlərdə yaşayır. Boşalan evlər isə xarabalığa çevrilib. Sakinlər deyirlər ki, bu xarabalıqlarda gecələr narkomanlar məskən salır.
Sakinlər bu cür alayarımçıq söküntü işlərindən şikayətçidir. Çünki bir neçə ailənin yaşadığı binanın bir hissəsi uçurulduqda digər mənzillərə də zərər dəyir. Bəzi hallarda isə evləri yararsız hala salır.

"Sovetski” sakinləri qorxularından evlərini boş qoymamağa çalışırlar. Səbəb isə söküntü işləri aparanların bundan istifadə etməsidir. Evin boş olduğunu, orada yaşayışın olmadığını düşünən söküntü komissiyası bu evləri də sökürlər. Sakinlərin dediyinə görə, belə hallar dəfələrlə müşahidə olunub.
Elə "Sovetski”nin Bəşir Səfəroğlu küçəsi ev 32A ünvanında tək yaşayan Qüreyşə adlı qadının da başına belə iş gəlib. Qonşularının dediyinə görə, tənha yaşayan qadın işdə olarkən evi əşyaları da içində ola-ola uçurulub. Söküntü komissiyası isə sonradan ev sahibinə deyib ki, onlar evin boş olduğunu düşünüblər.

Qonşular deyir ki, Qüreyşə xanım başqa çarəsinin olmadığını görərək komissiya ilə anlaşıb və hesbına köçürülən pulu alıb. İndi başqa yerdə özünə ev tikdirir.
Hazıra sökülən evlərin kanalizasiya sistemləri dağılıb, boş evlər zibilxana kimi istifadə olunur, məhəllələr üfunət iyindən keçilməz olub. Bakının ən qədim və məşhur məhəlləsində antisanitariya baş alıb gedir.

Qonşuların şikayəti həm də söküntü işlərinin məhəllə-məhəllə aparılmamasına görədir. Hazırda "Sovetski”də yaşayan sakinlərin istəyi boşalan evlərinin tez sökülməməsidir. Lakin söküntü komissiyası razılıq əldə edilən evləri elə həmin gün sökür. Sakinlər deyir ki, razılaşma əldə edilən kimi onlara evlərindən çıxmaları üçün təzyiq edilir. Elə Xutorda, Basində edildiyi kimi. Orada da söküntü işləri aparılarkən köçməyə razılaşmayan sakinlərin qonşuluğundakı evlərin hamsı sökülmüşdü. Bütün konunal xətlər sıradan çıxmışdı. Yaşayış vəziyyətlərinin çətinləşdiyini görən sakinlər məcburən evlərini tərk etmişdilər.

Hazırda "Sovetski”dən köçənlərin əksəriyyəti evlərinin kvadratmetri nisbətən çox olanlardır. Narazı olanlar isə 10-15 kvadratmetrlik evə sahib olanlardır. Onlar evlərinin kvadratmetrinə 1500 manat verilməsi ilə razılaşmırlar. Çünki onlar alacaqları 15-20 min manata mənzil ala bilməyəcəklərini deyirlər.

Mənzilinin ölçüsü az olan, qonşuları köçdüyü üçün xarabalıq içərisində yaşayan Gülcahan Rzayeva da heç olmasa mənzilinin əvəzində bir otaqlı mənzil istəyir. Evinin ölçüsünün 18 kvadratmetr olduğunu deyən G.Rrazayeva ümid edir ki, tezliklə onun problemini həll edən tapılacaq…

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi