"Azadlıq" radiosunun əməkdaşı prokurorluqda dindirildi

img

15-11-2014 [22:44]


Noyabrın 15-də "Azadlıq" radiosunun əməkdaşı Kamran Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində ifadə verib.

Virtualaz.org xəbər verir ki, Kamran Mahmudovun bildirdiyinə görə, dindirmə bir neçə saat çəkib: "QHT işi ilə bağlı dindirildim. Onları maraqlandıran suallara cavab verdim. İstintaq sirri olması ilə bağlı iltizam alındığından bu haqda geniş məlumat verə bilmirəm”.

Mayda Baş Prokurorluq bir sıra yerli və xarici QHT-lərə qarşı cinayət işinə başlayıb. Həmin vaxtdan 20-yə yaxın yerli və xarici QHT-nin hesabına həbs qoyulub. Bu QHT-lərin bəzilərində vergi yoxlamaları aparılır.

Yerli fəallar bunu müstəqil vətəndaş cəmiyyəti institutlarının aradan qaldırılması məqsədilə hakimiyyətin təzyiqi kimi qiymətləndirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA