Brayzadən helikopter açıqlaması: "Ermənistan tərəfini günahkardır"

img

15-11-2014 [12:32]


ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza təmas xəttində vertolyotun vurulması hadisəsini şərh edib.

Mia.az anspress-ə istinadən xəbər verir ki, o bildirib ki, hadisə ATƏT-in Minsk qrupu tərəfindən araşdırmalıdır: "Azərbaycan qoşunları tərəfindən təmas xəttində erməni vertolyotunun uçuşu və Azərbaycan hərbçiləri tərəfindən vertolyotun vurulması ATƏT-in Minsk qrupu tərəfindən ətraflı araşdırılmalıdır", - deyə Brayza bildirib.

Sabiq rəsmi vertolyotun vurulmasında Ermənistan tərəfini günahkar bilib. O qeyd edib ki, ermənilər aqresiya ilə qarşı tərəfi təhrik etməyə cəhd edirlər. Brayzanın fikrincə, digər bir səbəb Ermənistan tərəfinin Azərbaycan torpaqlarını işğal etməsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA