Lənkəranda kimlər "soyqırım" aparır? - Nazirlik işə qarışdı - FOTOLAR

img

14-11-2014 [21:12]


Lənkəran şəhərinin mərkəzində Lənkəran Dövlət Universitetinin əsas korpusu ilə rayon məhkəməsinin kəsişdiyi ərazidə yaşlı ağaclar məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. 


Bu barədə Aktual.az-ın redaksiyasına Lənkəran şəhərinin bir qrup ziyalısı və ağsaqqalı məlumat verib. 


Sakinlərin sözlərinə görə, göy parça ilə əhatəyə alınmış yerdə hansısa bir tikili üçün bünövrə salınıb: "Bəzi ağaclar bünövrə qoyulan zaman zədələnib. Ərazi ona görə parça ilə hasara alınıb ki, ağaclar kəsiləcəyi təqdirdə sakinlər bundan dərhal xəbər tuta bilməsinlər. Bu işdən belə anlaşılır ki, illərdir kök salan ağaclar birdəfəlik deyil , ətrafında müəyyən qazıntı işləri apardıqdan sonra kəsiləcək". 


Ətraf mühitin gözəlliyinə xələl gətirənlərin bu hərəkəti sakinləri çox narahat edir: "Bu addımı atanlar hansısa biznes qurmaq üçün ağacları kəsməklə, insanların sağlamlığına, kölgəsində dincələn sakinlərin isə istirahətinə mane olurlar". Problemin ciddiliyini nəzərə alan şəhər sakinləri müvafiq icra strukturlarına şikayət ərizələri ilə müraciət ediblər. Məsələ ilə bağlı artıq 1 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsindən bildirilib ki, sözügedən ərazidə artıq bir neçə ağacın kökü, qəsdən, zədələnib. Hal-hazırda adı çəkilən yerdə intensiv tikinti işi gedir. 


Şöbənin sektor müdiri Bəxtiyar Hüseynov deyib ki, ağac kəsmək istəyənlərə ciddi xəbərdarlıq edilib: "Müvafiq icazə olmadan, həmin ərazidə heç bir ağacın kəsilməsinə yol verilməyəcək".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA