İlham Mirzəyevin səhhəti pisləşib

img

14-11-2014 [17:22]


Tanınmış teleaparıcı İlham Mirzəyevin səhhəti yenidən pisləşib.

Bu barədə azvision.az-a İ.Mirzəyevin vəkili Xanlar Bayramzadə məlumat verib.

O bildirib ki, teleaparacı bir aydan artıqdır xəstəxanada müalicə olunur: "İlham Mirzəyev baş və bel ağrılarından əziyyət çəkir.

Ona görə də artıq bir aydan çoxdur ki, Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində müalicə olunur. Onun səhhəti yaxşı deyil. Ağrıları var”.

Qeyd edək ki, İlham Mirzəyev Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsindirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA