Heydər Əliyev prospekti bağlanır

img

14-11-2014 [16:15]


Bu gün Bakının əsas prospektlərindən birində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. 

Mia.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, bu gün saat 22:00-dan etibarən 04:00-dək Heydər Əliyev prospekti - Əsas yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. 

Səbəb isə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsidir.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Kənar yollardan istifadə etmələri tövsiyə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA