Generalın qrafiki açıqlandı

img

14-11-2014 [15:37]


Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev noyabrın 27-də saat 11:00-da Horadiz Sərhəd Dəstəsində Beyləqan və Füzuli rayonlarının sakinlərini qəbul edəcək.

Xidmətdən verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları noyabrın 25-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Horadiz Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA