Müdafiə Nazirliyi cəbhə xəttindən bəyanat verdi: "Döyüşə tam hazırıq"

img

14-11-2014 [15:21]


Müdafiə Nazirliyindən cəbhə xəttindəki vəziyyətlə bağlı açıqlama verilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cəbhə xəttində vəziyyət normaldır: "Erməni tərəfin iddia etdiyinin əksinə olaraq vəziyyət normaldır və qoşunlarımızın tam nəzarəti altındadır. Adəti üzrə düşmən tərəfi atəşkəs rejimini pozur və cavab atəşi ilə susdurulur”.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən həmçinin hərbçilərimizin döyüş hazırlığı vəziyyəti ilə bağlı da açıqlama verilib: "Hərbiçilərimizin döyüş ruhu, mənəvi-psixoloji durumu yüksəkdir, xidmətlərini ayıq-sayıq davam etdirirlər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA