Azərbaycan Rusiyadan yeni raket kompleksi alır

img

14-11-2014 [15:17]


Azərbaycan Rusiyadan "Pnaçir” zenit raket komplekslərinin alınması üçün danışıqlar aparır.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın "Şeqovski val” şirkətinin baş direktoru Vladimir Popov yayıb.

Məlumatda deyilir ki, Azərbaycanla yanaşı, Türkmənistan və Qazaxıstan da bu raketlərin alınmasında maraqlıdır.

Vladimir Popovun sözlərinə görə, Tula Konstruktor Bürosu artıq bu seriyadan olan 200 raketi və 400 "BMP”ni xarici ölkələrə satıb.

Qeyd edək ki, özüyeriyən zenit raket kompleksi yaxın məsafədə yerləşən obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA