14-11-2014 [14:08]
Son günlər sosial şəbəkələrdə yol polisi əməkdaşları ilə bağlı silsilə şəkildə videogörüntülər yayılır. Kadrlar sürücülər tərəfində xəlvəti çəkilərək internetdə yerləşdirilir. Görüntülərdə sürücülər yol polisi ilə mübahisə edərək qanundan yayınmağa cəhd edir, DYP əməkdaşlarını çəkdikləri kadrlarla şantaj etməyə çalışırlar. Bəs, qanun sürücülərin yol polisi əməkdaşlarını gizlin videoya çəkməsinə icazə verirmi?
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev azvision.az-a bildirib ki, həmin videogörüntülərin çoxuna baxanda görünür ki, həmin şəxslərin əksəriyyəti məsuliyyətdən yayınmaq məqsədilə o çəkilişləri aparırlar. Onlar təzyiq göstərmək üçün bu işə əl atırlar: "Amma yol patrul xidməti haqqında təlimatda konkret göstərilir ki, yol patrul xidməti inspektorları xidmətdə olarkən, qayda pozuntusuna yol verən avtomobili saxladığı andan kamera işlək vəziyyətdə olmalıdır və sürücü ilə bütün danışıqlar kamera vasitəsilə qeydə alınmalıdır. Bu bizim təlimatda var və mütləq şəkildə icra olunmalıdır. Hətta vətəndaş o çəkilişi aparmasa belə, yol patrul xidməti avtomobilində bu çəkiliş aparılır.
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada sürücü ilə əməkdaş arasında baş verən insidentin araşdırılması məqsədilə çəkilirsə, onsuz da bu materiallar bizdə var. Məhkəmə və digər orqanların araşdırılması üçün tələb olunanda həmin görüntülər ora verilir. Amma bu gün sosial şəbəkələrdə yayılan materialların əksəriyyəti yalnız sürücülərin məsuliyyətdən yayınmaq məqsədilə çəkilir. Bəziləri bunu gizli çəkir. Bunun yaymaqda məqsəd məsuliyyətdən yayınmaqdır”.
K.Əliyev qeyd edib ki, yayılan videogörüntülərdə yol polisi əməkdaşı sürücünü qayda pozduğuna görə saxlayıb ona cərimə yazmırsa, həmin yol patrul xidməti inspektoru cəzalandırılır: "Bəziləri fikirləşirlər ki, bu görüntünü yaydım və inspektor barədə heç bir tədbir görülmədi. Bu hallarda müəyyən olunarsa ki, sürücü qayda pozuntusuna görə saxlanılıb, lakin yol patrul xidməti inspektoru sürücünün videoçəkiliş aparmasını görərək onun o qayda pozmasına göz yumub, barəsində heç bir inzibati tədbir görmürsə, həmin hallarda bizim əməkdaş intizam məsuliyyətinə cəlb olunur”.
"Yol polisi əməkdaşlarının videosunu qeydə almaqda heç bir qeyri-qanuni fəaliyyət yoxdu”. Bunu isə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.
Ekspertin sözlərinə görə, Azərbaycan Konstitusiyasının 32 maddəsi şəxsi həyata müdaxilə nöqteyi-nəzərindən insanın özünün icazəsi olmadan onun videosunun, şəkilinin çəkilməsini və səsinin yazılmasını qadağan edir: "Amma polisin xidmət vaxtı çəkilməsi heç bir halda şəxsi həyat deyil. Bu artıq ictimai fəaliyyətdir. Burada şəxsi həyatdan söhbət gedə bilməz. Həmin proses heç bir qadağasız və məhdudiyyətsiz qeydə alına bilər. Yol polisi əməkdaşının fəaliyyətinin qeydə alınması onun özünə, Dövlət Yol Polisinə lazımdır. Belə ki, yol polisi əməkdaşı biləndə ki, onun fəaliyyəti qeydə alınır, özünü daha düzgün aparır və qanunları daha yaxşı öyrənir. Belə vəziyyətdə qanuna daha düzgün əməl edir və təlimatdan kənar davranışlara yol vermir. Həmçinin Dövlət Yol Polisində belə kadrlara baxıb, əməkdaşların xidmətini qiymətləndirirlər”.
Ə.Hüseynov qeyd edib ki, bəzi vətəndaşlar bundan təxribat kimi istifadə etməyə çalışırlar: "Bəzi videogörüntülərə baxırsan ki, sürücü qabaqcadan bu çəkilişə hazırlaşır və sonra bunu internetdə yayır. Belə yanaşmanın qarşısı alınmalıdır. Həmçinin yol polisi elə işgüzar vəziyyətə malik olmalıdır ki, sürücü onu təxribata çəkə bilməsin.
Qanunvericilikdə yazılanlara əməl edən yol polisi əməkdaşını heç kim təxribata çəkə bilməz. Bəzən görürsən çəkiliş aparan şəxs təhqiredici ifadələr işlədir. Belələrini hüquqi məsuliyyətə cəlb etmək lazımdır. Yayılan kadrlarda görür ki, polis əməkdaşları pis vəziyyətə düşürlər. Səbəb çox sadədir. Vətəndaş özünün pis durumunu heç vaxt sosial şəbəkədə yaymaz. Onlar o kadrları yayırlar ki, orada özlərini "qalib” hesab edirlər. Bütün olanlara baxmayaraq polis əməkdaşı qanunauyğun fəaliyyət göstərirsə, özünün çəkilməsində qorxmalı deyil».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi