14-11-2014 [13:58]
Naxçıvan Muxtar Respuplikasında qeydiyyatda olduğu Bakıda və ya respublikanın digər bölgələrində sürücülük vəsiqəsi almaq cəhdlərinin nəticəsiz qaldığını bildirirlər. Onların dediyinə görə, Naxçıvan qeydiyyatında olanlar bir qayda olaraq qəti şəkildə «qapıdan qaytarılır.
Onları verilən qısa və konkret cavab isə belə olur ki, siz sürücülük vəsiqəsi almaq üçün yalnız Naxçıvanda sürücülük məktəbini oxuya və orada imtahan verib vəsiqə ala bilərsiniz.
Bu günlərdə saytımıza müraciət edən Taryel adlı şəxsin məktubunu olduğu kimi təqdim edirik: «Salam. Mən Naxçıvan qeydiyatındayam. 3 il bundan əvvəl işlərimlə əlaqədar Gəncədə yaşadım. Orda «avtoşkola» oxudum, həmin sənədlərlə Bakıda Baş Dövlət Yol Polisi İdarəsində imtahana girmək istədim, mənə verilən məlumat bu oldu ki, sən Naxçıvan qeydiyyatısan, ona görə də sürücülük vəsiqəsini ancaq Naxçıvandan ala bilərsən. Naxçıvana getdim, mənə Naxçıvan Dövlət Yol Polisi İdarəsində dedilər ki, bu kağızlar keçərsizdir, bunu at getsin, gəl üç ay burada oxu. Mənim də evim, ailəm, uşaqlarım, işim Bakıdadır. Mən üç ay necə işsiz qala bilərəm? Mən sürücülük vəsiqəsini Bakıda almaq istəyirəm. Xahiş edirəm, mənə köməklik edin, bir yol göstərin».
Avtosfer.az saytı bu məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova müraciət edib. Ekspert bildirib ki, qanunvericiliyə əsasən, sürücü olmaq istəyən şəxs istənilən yerdə sürücü təhsili ala bilər. Onun oxuduğu sürücülük kursunun, peşə məktəbinin və ya liseyin, bir sözlə, sürücülük təhsili verən təşkilatın şəxsin daimi yaşayış yerində və ya başqa yerdə olmasının heç bir əhəmiyyəti yoxdur: «Yəni şəxs ölkənin istənilən yerində öz arzusuna uyğun sürücülük təhsili ala bilər. Bu təhsili bitirdikdən sonra hər bir şəxsə Təhsil Nazirliyinin müəyyən etdiyi formada şəhadətnamə verilir. Bu şəhadətnamə ölkəmizin hər yerində eyni hüquqi qüvvəyə malikdir. Lakin "Yol hərəkəti haqqında” qanunun 33-cü maddəsinin 3-cü hissəsinə əsasən, şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir. Bu o deməkdir ki, ölkənin istənilən yerində sürücülük təhsili almış şəxs daimi və ya müvəqqəti yaşadığı yerdə sürücülük imtahanı verməlidir. Şəxsin daimi yaşadığı yer dedikdə, onun şəxsiyyət vəsiqəsində və ya pasportunda göstərilən daimi qeydiyyat yeri başa düşülür, müvəqqəti yaşayış yeri dedikdə isə şəxsin təhsillə, işlə əlaqədar, yaxud ezamiyyətə, istirahətə, müalicəyə getməklə əlaqədar müvəqqəti olduğu yer başa düşülür. Lakin şəxsin müvəqqəti olduğu yerdə də o müvəqqəti qeydiyyata alınır və lazım olduqda müvəqqəti qeydiyyatda olması barədə ona arayış verilir. Şəxs müvəqqəti olduğu yer barədə həmin arayışı təqdim etməklə də müvəqqəti olduğu yerin qeydiyyat-imtahan məntəqəsində sürücülük imtahanı verə bilər.
Yuxarıda qeyd olunanlara əsasən, Naxçıvan sakinlərinin ölkənin başqa yerində sürücülük təhsili alması və daha sonra Naxçıvanda imtahan verməsi, yaxud Naxçıvanda təhsil alaraq ölkənin başqa regionlarında imtahan verməsi tam qanun çərçivəsindədir».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi