Paytaxtın yeni polis rəisi yoxlamaya başladı - İcra başçısının oğlunun rəis olduğu bölmədə maraqlı olay

img

14-11-2014 [13:13]


Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yeni rəisi polis general-mayoru Mirqafar Seyidov paytaxtdakı polis idarə və bölmələrini yoxlamağa başlayıb. 

"MİA” xəbər verir ki, bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib. M.Seyidov ilk yoxlamanı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsində (PB) həyata keçirib. Məlumata görə, M.Seyidov bölmənin inzibati binasına mülki geyimdə şikayətçi qismində daxil olub. Bölmə əməkdaşları M.Seyidovu tanımayıblar və BŞBPİ-nin rəisi dəhlizdə gözləməli olub. Bir müddət sonra isə gələn "şikayətçi"nin BŞBPİ-nin rəisi olduğu məlum olub.

Faktla bağlı bölmə əməkdaşları arasında cəzalananların olub-olmaması ilə bağlı məlumat veriləcək.

BŞBPİ-nin mətbuat xidməti hadisəyə münasibət bildirməyib.

***

"Qafqazinfo” xəbər verir ki, 8-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Vüsal Qaraşovdur və bu vəzifəyə bir neçə gün əvvəl təyin olunub. O, Lənkəranın icra başçısı Taleh Qaraşovun oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA