14-11-2014 [11:45]
Şikayətçinin Mia.az-a göndərdiyi müraciətdə bildirir ki, icra başçısı ona qanuni şəkildə icazə verilmiş istirahət obyektini tikməyə icazə vermir. O qeyd edir ki, ötən ilin iyul ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamı ilə Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm-istirahət mərkəzi tikmək qərarına gəlib:
"ETSN-nin balansında olan bu ərazidə nazirliyin qanuni sərəncamı ilə obyektin tikintisinə başladım. Elə həmin gündən Gədəbəy Rayon İcra Hakimiyyətinin əsassız təzyiqinə məruz qaldım. İcra Hakimiyyəti tikintini dayandırıb”.
İş adamı yaranmış problemlə əlaqədar icra başçısının birinci müavini Qüdrət Paşayevlə görüşüb
"Q. Paşayev dedi ki, rayonda abadlıq işləri gedir. Bizə rayonun abadlaşdırılması üçün köməklik göstərin. Əvəzində obyekt tikilib başa çatdıqdan sonra özəlləşmə üçün biz də sənə kömək edərik. Lakin obyektin tikintisi yekunlaşan vaxt – 2014-cü il iyul ayının 11-də heç bir səbəb göstərilmədən yenidən icra hakimiyyəti tərəfindən iş dayandırıldı. Heç bir xəbərdarlıq etmədən və qanuni bir əsas göstərmədən obyektin bir hissəsini sökdülər.
Obyektin bir hissəsi dağıdılandan sonra məni icra hakimiyyətinə dəvət etdilər. Orada icra başçısının müavini Rüstəm Nağıyevdən obyektin hansı əsasla söküldüyünü soruşduq. Qarşı tərəf isə bunun icra başçısının tapşırığı olduğunu dedi. Etiraz olaraq dedik ki, bundan ötrü məhkəmə qərarı əsasında müvafiq sənəd olmalıdır. İcra başçısının müavini isə bildirdi ki, başçı yeni göstəriş verib, tikintiyə yenidən icazə üçün 150 min dollar pul verməlisən. Sonra isə həmin məbləği 100 minə endirdi.
Beləliklə, İcra Hakimiyyətinin rəhbər şəxslərinin iştirakı ilə düz üç dəfə qanuni şəkildə mənə məxsus olan obyekti sökməyə cəhd ediblər. Sonuncu dəfə isə iyul ayının 29-da iş günü olmadığı halda obyekti yerlə-yeksan etdilər”.
Qeyd edək ki, bu şikayətlə bağlı Rayon İcra Hakimiyyəti də mövqeyini açıqlayıb. Qurumdan göndərilən cavabda deyilir:
"Bu barədə araşdırma aparılaraq qanunauyğun tədbir görülməsi barədə müraciətləri araşdırılan zaman müəyyən edildi ki, Oktay Əliyev Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə məxsus Qalakənd meşəçiliyinin 21-22-ci kvartalının B.1-6 bölümündən meşə bərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü sahədən İstirahət-turizm məqsədi ilə 0,20 ha. torpaq sahəsini icarəyə götürməsi barədə Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Rakif Cəbrayıl oğlu Həsənovla 20 iyun 2013-cü il tarixdə 1 saylı müqavilə bağlanıb. Həmin müqavilə Ekologiya və Təbii Sərvətlar Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən 26 iyun 2013-cü il tarixdə 73 nömrə ilə qeydiyyata alınıb.
Həmin müqavilənin 2-ci bölməsinin 2.1-ci bəndində qeyd edilir ki, istifadəçi yəni Oktay Əliyev istifadə üçün müəyyən olunmuş sahədə və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan, meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına əməl etməklə, ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə edə bilər.
Lakin Əliyev Oktay İbrahim oğlu müqavilənin şərtlərini kobud şəkildə pozaraq, həmin ərazidə heç bir rəsmi icazə və smeta layihə sənədi olmadan qanunsuz olaraq əsaslı tikinti işləri aparıb. Oktay Əliyevin apardığı qanunsuz tikintilər insan həyatı üçün təhlükə yaratdığından gələcəkdə baş verə biləəcək bədbəxt hadisələrin qarşısının alınmasını, həmin ərazidə Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin bölüyünün yerləşməsini nəzərə alaraq, aparılmış qanunsuz tikililərin qarşısı alınmış və bu barədə ilkin sənədlər tərtib edilərək, Oktay Əliyevin barəsində tədbir görülməsi üçün Rayon Prokurorluğuna göndərilib.
Bundan əlavə, Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyi tərəfindən Plankənd kənd sakini Əliyev Oktay İbrahim oğlunun Qalakənd meşəbəyliyinin 2 və 3 sayl meşə dolayısının ərazisində icarəyə götürdüyü meşə fondu torpağında qanunsuz əsaslı tikinti aparması barədə hərəkətləri sənədləşdirilərək tədbir görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə göndərilib, bununla yanaşı Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə köməklik göstərilməsi üçün müəssisənin direktoru tərəfindən Gədəbəy rayon Polis şöbəsinə müraciət olunub.
Oktay Əliyevin Azərbaycan Respublikası Baş Prokurorluğundan və Gədəbəy rayon Polis şöbəsindən Rayon Prokurorluğuna daxil olmuş eyni məzmunlu ərizələri, həmçinin Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini Paşayev Qüdrət Məhəmməd oğlunun, rayonun Plankənd kənd sakini Əliyev Oktay İbrahim oğlunun yalan olduğunu bilə-bilə onu rüşvət almaqda ittiham edərək böhtan atması barədə ərizəsi, Gədəbəy rayon Prokurorluğunda araşdırılaraq toplanmış material üzrə cinayət hadisəsi və cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.1; 39.1.2 və 212-ci maddələrinə əsasən 23 avqust 2014-cü il tarixli qərarla cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilb.
Oktay Əliyevin atası Əliyev İbrahim Cavad oğlu Gədəbəy rayon Prokurorluğunda izahat verərkən bildirib ki, 2013-cü ilin iyun və iyul aylarında ümumiyyətlə həmin il ərzində Gədəbəy rayonu İcra Hakimiyyətində heç kim onların tikinti apardıqları əraziyə getməyib və onlardan tikintini dayandırmağı tələb etməyib, onlara Rayon İcra Hakimiyyətindən razılıq almalı olduqlarını deməyib. Oğlu, Oktay Əliyev 2013-cü ildə həmin icarəyə götürdüyü meşə fondu torpağında hər hansı iş görmək üçün Gədəbəy rayonu İcra Hakimiyyətində heç kimdən razılıq və icazə almayıb.
Oktay Əliyevin anası Maya Əliyeva qeyd olunanlarla bağlı müxtəlif dövlət orqanlarına ərizə ilə müraciət edib, lakin ərizədə qeyd etdiyi faktlarla əri İbrahim Əliyevin eyni xüsusat üzrə Gədəbəy rayon Prokurorluğuna verdiyi izahat bir-birini tamamlamır.
Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini Paşayev Qüdrət Məhəmməd oğlu, Əliyev Oktay İbrahim oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə cinayət işinin başlaması barədə Gədəbəy rayon Prokurorluğuna ərizə ilə müraciət edib. Hazırda ərizə ilə əlaqədar Rayon Prokurorluğunda araşdırma aparılır.
Əliyev Oktay İbrahim oğlunun ona dəymiş maddi və mənəvi ziyanla bağlı Gədəbəy rayonu İcra Hakimiyyətinə qarşı mülki iddiası Gəncə İnzibati-İqtisadi məhkəməsinin icraatındadır. Hazırda işə mahiyyəti üzrə həmin məhkəmədə baxılır.
Əliyev Oktay İbrahim oğlunun qanunsuz hərəkətlərinin qarşısı alındığına görə o, Rayon İcra Hakimiyyəti Başçısı Aparatınını işçiləri haqqında Respublikanın yuxarı orqanlarının ünvanına böhtan xarakterli teleqramlar göndərib”(Aznews.az)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi