13-11-2014 [20:13]
Təqdim olunan uşaq kitabları "TEAS Press”in peşəkar yaradıcı heyəti tərəfindən tərcümə və dizayn edilib.
Bu kitabların nəşri zamanı bir çox janrlar və yaş qrupları üzrə maliyyə-qavrama səviyyələri nəzərə alınıb. Kitablar Türkiyədə Avropa standartlarına uyğun nəfis şəkildə çap edilib. Məşhur amerikalı yazıçı və illüstrator, dünyanın ən məşhur uşaq ədəbiyyatı müəllifi Mo Uilyamsın beş şəkilli kitabı Azərbaycan dilinə tərcümə edilib.
M. Uilyams uşaq ədəbiyyatı ilə məşğul olmazdan əvvəl televiziya ssenaristi və animator olub. "Doqquz il Sezam küçəsi” televiziya layihəsində çalışıb, 6"Emi” mükafatına layiq görülüb. O, "Nickeladeon” və "Cartoon Network” uşaq telekanalları üçün cizgi filmləri çəkib. "TEAS Press” M. Uilyamsı kitab təqdimatına xüsusi qonaq kimi dəvət edib. M. Uilyams Azərbaycanın gənc yazarları, animator və uşaq ədəbiyyatı üzrə ixtisaslaşan naşirlər üçün ustad dərsi keçəcək.
Tədbirdə məşhur ingilis yazıçısı və illüstratoru Devid MakKinin 4 kitabı təqdim olunub. Eyni zamanda hollandiyalı yazıçı və illüstrator Hido Van Heynektinin "Riki” və "Maks” kitabları, habelə "TEAS Press” müəllifin "Klavus” nəşriyyatı ilə birgə dizayn etdiyi "Rikki” oyuncaqları təqdim edilib.
"Mənim ilk klassik hekayəm” silsiləsindən uşaqlar üçün asan oxunaqlı kitabların təqdimatı da keçirilib. "Capstone” nəşriyyatından alınmış digər silsilə "Sevimli Sevinc” adlanır. Nəşriyyat həmçinin yeniyetmə və orta yaşlı oxucular üçün amerikalı yazıçı Ceff Qunhus tərəfindən yazılmış "Əcinnə ovçuları” seriyasını təqdim edib. Yuxarı yaşlı uşaqlar üçün kitablara "Mənim ilk klassik əsərim” silsiləsi aiddir.Bura "Green Gables malikanəsinin qızı Anni”, "Qara köhlən” və ‘Sirli bağ” əsərləri daxildir.
Tədbirdə çıxış edən "TEAS Press” Nəşriyyat Evinin "Üç alma” uşaq ədəbiyyatı bölməsinin rəhbəri Kolin MakDonell bildirib ki, insanlarda müsbət emosiya görən zaman nəşriyyatın nə dərəcədə müsbət iş gördüyünə əmin olub: "Məhz "TEAS Press”in sayəsində Azərbaycanda uşaq ədəbiyyatı ilə bağlı mütərəqqi addım atılıb. Biz uşaqlarda qiraətə maraq yaradan kitabları seçərək tərcümə etmişik. İnanırıq ki, bu kitablar valideynlərə evdə uşaqlara kitab oxumaq vərdişi aşılamağa kömək edəcək. Valideynlər hər gün istisnasız şəkildə uşaqlarına kitab oxumalıdır. Bizim də şüarımız "Gəlin oxuyaq, gəlin paylaşaq” şüarıdır”.
TEAS-ın təsisçisi və sədri Tale Heydərov isə bildirib ki, xarici dillərdən akademik nəşrlərin Azərbaycan dilinə yüksək səviyyədə tərcümə edilməsi nəzərdə tutulur. "Biz Azərbaycanı xaricdə təbliğ etməyə çalışırıq. Nəşriyyat Evinin Türkiyədə filialı yaradılıb. Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixinə dair 40 kitab ilk dəfə türk dilinə tərcümə edilib və çapa hazırlanıb. Nəşriyyat uşaq ədəbiyyatı sahəsində ciddi dəyişikliyə nail olmağı prioritet kimi qəbul edib. Ümummilli lider Heydər Əliyev deyib ki, gənc nəsli necə böyüdüb, tərbiyə edəcəyiksə, millətimizin gələcəyi bundan asılı olacaq. Bu müqəddəs borcun həyata keçirilməsində uşaq ədəbiyyatı xüsusi rola malikdir. Ona görə də uşaq ədəbiyyatının ən yaxşı nümunələrinin nəşri, eyni zamanda dünya uşaq ədəbiyyatının ən yaxşı nümunələrinin Azərbaycan dilinə tərcümə edilərək təqdim olunması qərara alınıb. Bu baxımdan Azərbaycan nağıllarının sonluğundakı 3 alma əsas götürülərək, nəşriyyat evinin tərkibində "3 alma” uşaq ədəbiyyatı bölməsi yaradılıb. Bu gün biz fəxrlə deyə bilərik ki, "TEAS Press”Nəşriyyat Evinin "3 alma” uşaq ədəbiyyatı bölməsi20-dən artıq kitabı təqdim edir”.
Tərcümə edilən kitablar barədə danışan T. Heydərov qeyd edib ki, D. MakKinin "Elmer” müasir uşaq hekayələri ən çox tanınan və sevilən personajdır: "Bu il "Elmer”in 25 illiydir. Azərbaycanda keçirilən tədbir bu yubileyin bir hissəsidir”.
T. Heydərov nəşriyyatın dünyada ən yaxşı nümunələri nəşr edərək, uşaqlara çatdıracağını vurğulayıb: "Biz bütün uşaq ədəbiyyatı müəllifləri ilə əməkdaşlıq etməyə hazırıq”.
Məşhur amerikalı yazıçı və illüstrator M. Uilyams isə çıxışında Bakıya gəlməyin ən böyük arzularından biri olduğunu nəzərə çatdırıb. Daha sonra o, yaradıcılığından söz açıb və sualları cavablandırıb(apa).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi