"Prokurorluğun qarşısında iki azyaşlı övladımla özümü yandıracam” - Bərdədən şikayət

img

13-11-2014 [18:27]


Xocalı rayonundan məcburi köçkün düşən, hazırda Bərdədə məskunlaşmış Intiqam Türbəndəyev "Qafqazinfo” ya şikayət məktubu göndərib. 

Şikayətçi bildirir ki, Bərdə rayon prokuroru Rəhim Əliyev onu Baş Prokuror Zakir Qaralovun noyabrın 27-də Bərdə rayon sakinləri ilə keçirəcək görüşündə qəbula yazılmağa imkan vermir. O, övladının doğuşu zamanı ona xələl yetirməkdə təqsirli bildiyi Bərdə Rayon Doğum evinin  mama ginekoloqu Xuraman Bəylərov barəsində şikayətlərini Baş  Prokuror Zakir Qaralova çatdırmaq niyyətindədir. 

"Bu hadisəyə görə Bərdə rayon prokurorluğunda araşdırma aparılsa da işə obyektiv qiymət verilməyib. Bunun da səbəbi Xuraman həkimin pullu, arxalı bir nəslin numayəndəsi olmasıdır. Prokurorluq araşdırma zamanı yalnız öz şəxsi maraqlarını üstün tutaraq  Xuraman həkimin guya təqsirsiz olduğunu göstərsə də,  həkimə və onunla birlikdə həmin gün gecə nöbəsində olan tibbi heyətə (cəmi 8 nəfərə ) xəstəxana rəhbərliyi tərəfindən 20.02.2013-cu il tarixdə töhmət elan olunub.

Əgər polislər məni Baş Prokurorun qəbuluna düşməyə qoymasalar, prokurorluğun qarşısında iki azyaşlı övladımla özümü yandıracam”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA