Biləsuvarda 1000-ə yaxın rayon sakini aksiya təşkil edib - FOTO

img

13-11-2014 [17:14]


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq layihəsi çərçivəsində Biləsuvar rayonunda keçirilən növbəti iməciliklər zamanı park və xiyabanlarında, küçə və məhəllələrdə səliqə-sahman yaradılıb, yaşıllıqlara qulluq göstərilib.

Mia.az xəbər verir ki, kənd və qəsəbələri, eləcə də Biləsuvar şəhərini əhatə edən aksiyaya idarə, müəssisə və təşkilatların kollektivləri ilə yanaşı, rayon sakinləri də qoşulublar. Təmiz ekoloji mühit yaradılması və yeni yaşıllıqların salınması məqsədi ilə Əsgabad-Müğan-Çaylı dairəvi yolunun kənarlarında, kənd və qəsəbələrdə, park və xiyabanlarda 3500-dən çox ağac əkilib.

Aksiyada 1000-ə yaxın rayon sakini iştirak edib. Biləsuvarın təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq əkilən ağaclar, gül kolları xüsusi maşınlar vasitəsilə suvarılıb, qoruyucu zolaqlar çəkilib.

Bir neçə gün əvvəl başlayan aksiyanın ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur(AzerTac).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA