"Ramiz Mehdiyevin qəbulundan çıxıb evə çatdım ki..." - Nizami rayonunda nə baş verir?

img

13-11-2014 [15:01]


Nizami rayonu Keşlə qəsəbəsi, T. Bədəlov 12”a”-da yaşayan Nadirxanova Şəmsi Məhəmməd qızının maraqlı şikayəti yayılıb.

Onun "AzPolitika.info” saytına göndərdiyi şikayət məktubundan və sənədlərdən bəlli olur ki, şikayətşi 40 ildir yuxarıda qeyd edilən ünvanda yaşayır: "Bu müddət ərzində evinin qaşısındakı boş torpaq ərazisini zibillikdən təmizləyib, ağac əkib abadlaşdırıb. 2003-cü ildə Keşlə qəsəbəsi M.H.Kazımov küçəsində ev 8”c”-də mənzil alan Tofiq Nəcəfov adlı bir məmur, 2005-ci ildə aldığı evin yaxınlığında yerləşən bu ərazini də ələ keçirmək niyyətinə düşür. Və niyətini həyata keçirir. Şikayətçi bildirir ki, Tofiq Nəcəfov Azərbaycan Dəmiryollarında yüksək vəzifədə çalışır, imkanlı adamdır. Vəzifənin və pulun ona verdiyi imkanlar sayəsində də məhkəmə çəkişməsini öz xeyrinə apara bilir.

Ş. Nadirxanovanın yazdığına görə, Tofiq Nəcəfov başqa küçədə yaşamasına baxmayaraq, gəlib onun evinin önüdəki ərazinin bir hissəsini zəbt edir, ordakı ağacları qırır. Heç bir sənəd almadan ərazidə özünə 2mərtəbəli ev tikən Tofiq Nəcəfov, hətta qonşuların kommunikasiya xətlərini də sıradan çıxarır.

Burada bir haşiyə çıxaraq qeyd edək ki, Tofiq Nəcəfovun tikdirdiyi evin qanunsuz olduğu həm Nizami rayon İcra Hakimiyyətinin, həm də Bakı Şəhər İcra Hakimiyyətinin şikayətçiyə göndərdiyi məktublarda təsdiqlənib.

Ş. Nadirxanova yazır ki, Tofiq Nəcəfov qanunsuz ev timəklə kfayətlənməyib, evinin zirzəmisində qaraj tikir. Bu qaraj üçün T. Bədəlov küçəsinə əlavə qapılar açır: "Mən bu qanunsuzluqar barədə Bakı Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etdim. Bakı şəhər İcra Hakimiyyəti də qanunsuz açılmış qapıları bağlatdırdı.”

Ancaq buna baxmayaraq, Tofiq Nəcəfov həmin qapıları yenidən açır. Ş.Nadirxanova da bu dəfə şikayətə Prezident Administrasiyasına gedir. Binanın qarşısında Administrasiyanın rəhbəri Ramiz Mehdiyevi görüb, ona yaxınlaşır: "Cənab Mehdiyev məni qəbul etdi və dinlədi. Şikayətimə əsasən aidiyyatı orqanlara göstəriş verdi. Mən Prezident Administrasiyasından evə qayıdana qədər aidiyyatı orqanların iştirakı ilə qanunsuz tikilinin əlavə qapıları bağladıldı.”

Ancaq Tofiq Nəcəfov da öz niyyətindən əl çəkmir və bir müdət sonra qapıları yenidən açır. Ş.Nadirxanova onun bəzi məmurları rüşvətlə ələ aldığını, buna görə də Mehdiyevin göstərişinin də nəzərə alınmadığını iddia edir. Elə Tofiq Nəcəfovun puluna və vəzifəsinə arxayın olaraq onun evinin qarşısında əkdiyi digər ağacları da kəsmək, özünə geniş yol düzəltmək niyyətinə düşdüyünü bildirir: "Bu məqsədlə məni qanunsuz olaraq məhkəməyə vermişdir. Nizami Rayon Məhkəməsinin hakimi Xəyal Sarıyevin iştirakı ilə yerli baxış keçirildi. Baxış zamanı hakim Xəyal Sarıyev iddianın əsassız və qanunsuz olduğunu dedi. Lakin Tofiqin maddi imkanları hesabına heç bir sənədə məhəl qoymadan məhkəmə qətnaməsini onun xeyrinə çıxardı”.

Ş. Nadirxanova yazır ki, Tofiq Nəcəfov maddi imkanları hesabına yuxarı məhkəmə instansiyalarında da qətnaməni qüvvədə saxladıb. Hazırda isə işə Ali Məhkəmənin Plenimunda baxılır.

"Hansı qanunda yazılıb ki, məhkəmə ağac əkəni cərimə etsin? Hakim Xəyal Sarıyevin ağacların kəsilməsi barədə çıxardığı bu qətnamə Ulu öndər Heydər Əliyevin, hörmətli prezidentimiz İlam Əliyevin və birinçi xanım Mehriban Əliyevanın yaşıllıqların qorunması siyasətinə, "adama bir ağac əkək” aksiyasına zidd getməkdir”.

Ş. Nadirxanova sonda qeyd edir ki, onun məhkəmələrin çıxardığı qanunsuz və qərəzli qətnamələri ləvğ etdirməyə Tofiq Nəcəfov kimi maddi imkanı yoxdur. Ona görə də xahiş edirki, qarşıladığı problemi ictimailəşdirərək, ölkə rəhbərliyinin, müvafiq orqanların nəzərinə çatdıraq. Bəlkə, nəticəsi ola.

Qarşı tərəfin – Tofiq Nəcəfovun da mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA