Deputatdan provayderlərə etiraz

img

13-11-2014 [14:21]


Millət vəkili Fazil Mustafa internet provayderlərinə və əlaqədar qurumlara etiraz edib.

Mia.az xəbər verir ki, deputat bu barədə Facebook-dakı hesabında yazıb: "Qəribədir, yolu necə bağlayanda xəbərdar etmirlər ki, insanlar tıxaca düşüb əziyyət çəksinlər, interneti də eyni qaydada bağlayırlar ki, insanların iş planı alt-üst olsun. Görən, bunun heçmi xəbərdarlıq mexanizmi yoxdur? İtirilən saatlara görə ödədiyimiz pulun konpensasiyası necə olacaq? 
Axı, aylığı ödəməyəndə interneti dərhal kəsirlər. Bir çox dövlət qurumlarının işləmə prinsipi tamamilə bir-birinə oxşardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA