Bakı metrosunda problem: Sərnişinlər qatardan çıxarıldı

img

13-11-2014 [11:34]


Bu gün səhər saatlarında Bakı metrosunun fəaliyyətində problem yaranıb.

Bu barədə azvision.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, saat 09.38-də "Həzi Aslanov” stansiyasından gələn 4 saylı marşrutda nasazlıq olub: "Koroğlu” stansiyasında sərnişinlər boşaldılıb, qatar depoya göndərilib. Həmin vaxt qatarda 4 dəqiqə gecikmə olub və digər qatarlarda da müəyyən ləngimələr qeydə alınıb. Nasaz qatarın yerinə xəttə başqa qatar buraxılıb”.

N.Paşayev onu da əlavə edib ki, hazırda qatarların hərəkətində problem yoxdur, qatarlarası interval normaldır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA