13-11-2014 [11:06]
"Təəssüflər olsun ki, bəzi mətbuat orqanları fakta deyil, bir nəfərin yalanını trajlayır və oxucularına yalan məlumat verir. Əslində onlar hakimiyyəti vurmaq üçün saxta Qarabağ əlilindən istifadə edirlər. Bu yol verilməzdir. Hazırda onlarla ağır vəziyyətdə olan Qarabağ əlilləri qalıb kənarda, mətbuat vasitəsi ilə bu addan başqaları istifadə edir”.
Bunu Modern.az-a Qarabağ Qaziləri Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu deyib. O, bildirib ki, bu günlərdə yenidən mətbuatda, o cümlədən Modern.az-da özünü 1 qrup Qarabağ qazisi (əlili) kimi təqdim edən Elnur Əfəndiyev barəsində material yayılıb. R.Kərimoğlu özünü Qarabağ qazisi (əlili) kimi təqdim edən, əslində isə əl və ayaqlarını tamam başqa səbəbdən itirən E.Əfəndiyevlə bağlı "Qarabağ qazilər” və "Vətən Müharibəsi Əlilləri” birliklərinin bir müddət əvvəl yayılmış birgə açıqlamasını yenidən diqqətə çatdırıb:
"Qarabağ əlili olmadığı halda özünü Qarabağ əlili kimi təqdim etmək yol verilməzdir!”
"Qarabağ qazilər” və "Vətən Müharibəsi Əlilləri” birlikləri bu günlərdə mətbuatda, o cümlədən sosial şəbəkədə özünü 1 qrup Qarabağ qazisi (əlili) kimi təqdim edən Elnur Əfəndiyev barəsində yayılan müxtəlif yazı və videolara münasibət bildirib. Bununla bağlı iki təşkilatın birgə açıqlaması yayılıb. Açıqlamada deyilir:
"Heç kəsə sirr deyil ki, Qarabağ əlillərinin, şəhid ailələrinin, müharibə veteranlarının xeyli problemləri var və Azərbaycan dövləti həmişə bu qəbildən olan insanların mövcud problemlərinin həll etmək üçün çox vacib işlər görür. Son vaxtlar isə bu məsələyə xüsusi bir diqqət olduğu hiss olunur. Azərbaycan Respublikası prezidentinin bu ilin martında imzaladığı sərəncamlar da bu işlərin davamıdır. Hazırda təşkilatlarımız və bir sıra müharibə yönümlü birliklər tərəfindən Qarabağ qazilərinin (əlillərinin), şəhid ailələrinin və müharibə veteranlarının problemlərinin həlli istiqamətində dövlət strukturları ilə müntəzəm və sıx iş aparılır. Sağlamlıq durumu ağır olan, yataqda ölümlə çarpışan onlara yarımcan Qazimizin həyatının xilas edilməsi və digər məsələlər üzərində çalışırıq. Bu günlərdə Qarabağ müharibəsində şəhid olanlara və əlil olanlara veriləcək sığorta məsələsi də gündəmdədir. Bu onların bir sıra problemlərinin həlli üçün çox ciddi və vacib məsələdir. Müharibə insanlarının qanunvericilikdən asılı problemlərinin həlli üçün Azərbaycan Respublikasının Milli Məclisinə konkret təkliflər müraciət etməyə hazırlaşırıq.
Təəssüf edirik ki, belə bir məqamda kimlərsə bu qəbildən olan insanların ağrı və acılarından, onlara dövlətin həssas yanaşmasından, diqqət göstərməsindən istifadə edərək müxtəlif məqsədlərlə şou düzəldirlər. Və bəzi "vətənpərvərlər” də bunu qızışdırılar. Bu yolverilməzdir!
Neçə vaxtdır mətbuatda, o cümlədən sosial şəbəkədə özünü 1 qrup Qarabağ qazisi (əlili) kimi təqdim edən Elnur Əfəndiyev barəsində müxtəlif yazılar və videolar yayılır. Biz hər hansı bir əlilin öz hüququnu müdafiə etməsinin, problemlərinin ictimailəşdirilməsinin əleyhinə deyilik. Amma Qarabağ müharibəsi qazisi (əlili) olmaya-olmaya özünü Qarabağ qazisi (əlili) kimi təqdim etmək yol verilməzdir! Biz bu məsələni araşdırdıq və məlum oldu ki, məhbus həyatı yaşamış Elnur Əfəndiyev əl və ayaqlarını Qarabağ müharibəsində itirməyib və bu hadisənin müharibə ilə heç bir əlaqəsi yoxdur. Əldə etdiyimiz məlumata görə, Elnur Bakıda tamam başqa şəraitdə əl və ayaqlarını itirib. Buna da özü səbəb olub. Zərurət olarsa bunu da tam dəqiqliyi ilə cəmiyyətə açıqlayarıq. Biz onun sağlamlıq durumuna görə acıyırıq. Amma təəssüf edirik ki, o, hər hansı bir məqsədinə nail olmaq üçün Qarabağ qazisi (əlili) adından istifadə edir. Təşkilatlarımızın üzvləri tərəfindən onu bu barədə dəfələrlə xəbərdarlıq olunub. Lakin yenə də öz əməlindən çəkinməyib. Məcbur olub bu açıqlamanı yayırıq.
Qarabağ qazisi (əlili) adı müqəddəsdir! Bu addan başqalarının belə şəkildə istifadə etməsinə etiraz edirik!
Yeri gəlmişkən onu da qeyd edək ki, təşkilatlarımız zaman-zaman Azərbaycanda bu qəbildən olan insanların problemlərini ən kəskin və ardıcıl şəkildə qaldıran, onların həllinə nail olmağa çalışan bir birlikdir. Bu kimi məsələlərlə bağlı həmişə mətbuata açıq olmuşuq, istənilən vaxt bizə ünvanalanan suallara imkan daxilində cavab vermişik. Və yenə də buna hazırıq. Bizim problemlərimizin ictimailəşməsində, onların həllində medianın da xüsusi rolu var. Bu işdə bizə yardımçı olan hər kəsə təşəkkür edirik. Ümid edirik ki, bu məsələdə də bizə yardımçı olacaqlar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi