İlham Əliyevlə Ruhaninin təkbətək görüşü və birgə bəyanatları oldu

img

12-11-2014 [20:33]


Prezident İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Bu səfərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə edilib.

Görüşdə ikitərəfli münasibətlərə, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.

Prezidentlərin görüşü başa çatdıqdan sonra Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi olub.

Daha sonra prezidentlər mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA