Ermənistan hədələdi, Müdafiə Nazirliyi sərt cavab verdi - SON DƏQİQƏ

img

12-11-2014 [20:26]


"Ermənistan ordusunun qoşunların təmas xəttində törədəcəyi bütün təxribat cəhdlərinin qarşısı alınacaq".

Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyanın hədələrinə cavab olaraq bildirib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovanisyan qoşunların təmas xəttində helikopterinin vurulmasının Azərbaycan üçün ağrısız ötüşməyəcəyini deyib. 

Vaqif Dərgahlının sözlərinə görə, düşmən ordusunun bütün təxribat cəhdlərinə Azərbaycan ordusu layiqli cavab verəcək: "Ermənistan Silahlı Qüvvələri davamlı olaraq cəbhə xəttində təxribatlara əl atırlar. Bu gün edilən təxribat zamanı Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri Azərbaycan ordusu tərəfindən vurulub. Düşmən helikopterini vuran manqa komandiri Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb. Bundan sonra da düşmənin edəcəyi bütün təxribatların qarşısı alınacaq"(Anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA